Azərbaycan, Bakı, 1 oktyabr /Trend/
Bakı şəhəri Sabunçu rayonu ərazisində yeni çəkilmiş 1000 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar 01 oktyabr 2013-cü il tarixdə gün ərzində paytaxtın Sabunçu, Suraxanı və Xəzər rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Trend-ə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda "Azərsu" ASC-nin yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istədiyi bildirilir.