...

İmplantasiya

Cəmiyyət Materials 3 Oktyabr 2013 15:00 (UTC +04:00)

Dişlərin implantasiyası stomatologiyanın sahəsi olaraq, bilavasitə ortopediya ilə əlaqəli inkişaf edib. Amma indiki dövrdə sərbəst istiqamətə yönəlib. Dişlərin müasir implantasiyası böyük təcrübə toplayıb və çoxlu metodlar, materiallar, müxtəlif növlü konstruksiyalar əldə edib.

İmplant-süni kökün yuxarı və ya aşağı çənəyə əkilməsidir. İmplantlar dayaq kimi istifadə olunur və onlara ya qapaqlar (itirilmiş dişləri tamamilə əvəz edən), ya da çıxan və ya çıxmayan diş protezləri fiksasiya olunur.

İmplantların körpüyə bənzər və ya çıxan protezlər üçün, sərbəst protez və ya əlavə dayaq kimi kliniki istifadəsi ənənəvi diş protezləri qarşısında bir sıra üstünlüklərini üzə çıxartdı.

1. Diş sırası qüsurlarının qonşu dişlərin yonulmadan aradan qaldırılmasının mümkünlüyü.
2. Sonradan yaranan qüsurların aradan qaldırılması zamanı çıxan protezlərin istisnasının mümkünlüyü.
3. Böyük uzunluğu olan, çıxmayan protezlərin hazırlanmasının mümkünlüyü.
4. Tam dişsiz çənələrdə çıxmayan protezlərin hazırlanmasının mümkünlüyü və ya tam çıxan protezlərin fiksasiyasının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması.
5. Şübhəli periodontal proqnozları olan dişlərin saxlanılmasının vacib olmaması.
6. Sümüyə implantın yeridilməsi olmayan dişlərin yerində sümüyün itirilməsinin dayandırılmasına şərait yaradır, belə ki, funksional yükdən məhrum olmuş sümük tez atrofiyalasir.
Sadaladığımız bu və başqa ağız boşluğu problemlərinin həllində implantların böyük rolu var. Bütün implantasiya əməliyyatları Pərviz Hüseynov tərəfindən (Avrasiya klinikasinda) tam ağrısız şəraitdə həyata keçirilir.

İmplantalogiya elmi müasir stomatologiyanın ən uca zirvəsində durur. Bu elmdən istənilən qədər danışmaq olar...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti