...

Elmira Süleymanova prezident seçkilərini izləyəcək MDB müşahidə missiyasının rusiyalı üzvlərini qəbul edib

Cəmiyyət Materials 8 Oktyabr 2013 13:31 (UTC +04:00)
Ombudsman Rusiya Federasiyası Moskva şəhərinin və Yaroslavl vilayətinin İnsan Hüquqları üzrə müvəkkillərini qəbul edib.
Elmira Süleymanova prezident seçkilərini izləyəcək MDB müşahidə missiyasının rusiyalı üzvlərini qəbul edib

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İzzət/

Ombudsman Rusiya Federasiyası Moskva şəhərinin və Yaroslavl vilayətinin İnsan Hüquqları üzrə müvəkkillərini qəbul edib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Elmira Süleymanova ölkəmizdə keçiriləcək prezident seçkilərini izləyəcək MDB müşahidə missiyasının üzvləri - Rusiya Federasiyası (RF) Moskva şəhərinin və Yaroslavl vilayətinin İnsan Hüquqları üzrə müvəkkilləri Aleksandr Muzıkantski və Sergey Baburkini qəbul edib.

Görüş zamanı E. Süleymanova prezident seçkilərinin şəffaf və demokratik keçirilməsi məqsədilə əlavə və dəyişikliklər edilmiş Seçki Məcəlləsinə və müvafiq təlimatlara uyğun olaraq iş aparıldığını, seçki hüquqları sahəsində maarifləndirmə işinin genişləndirildiyini, dairə və məntəqə seçki komissiyaları üçün təlimlər və seminarlar təşkil edildiyini bildirib. O, seçki məntəqələrinin müasir avadanlıqlarla, informasiya texnologiyaları vasitələri ilə təmin edildiyini, lazımi şəraitin yaradıldığını, veb-kameraların quraşdırıldığını, MSK tərəfindən müşahidəçilər və polis əməkdaşları üçün yaddaş kitabçalarının və digər nəşrlərin hazırlandığını diqqətə çatdırıb.

Müvəkkil insan hüquqları, o cümlədən vətəndaşların seçki hüquqlarının müdafiəsi və təmini sahəsində davamlı fəaliyyət göstərdiyini, MSK ilə sıx əməkdaşlıq əlaqələri qurulduğunu, birgə treninq-seminarların keçirildiyini, habelə polislə bu sahədə aparılmış davamlı hüquqi maarifləndirmə işinin səmərəli olduğunu qeyd edib.

O bildirib ki, Ombudsman tərəfindən Azərbaycanda seçki hüquqlarının təmini vəziyyəti diqqətdə saxlanılır və bu istiqamətdə monitorinqlər həyata keçirilir. Cari ildə bu sahədə üç dəfə monitorinqlər aparılıb. İyun ayında ictimai dinləmələr, hazırki seçkiqabağı vəziyyətin monitorinqi aparılıb, seçki günü isə müşahidəçilik təşkil ediləcək.

E.Süleymanova əhalinin maarifləndirilməsi məqsədilə Müvəkkil tərəfindən əvvəlcə respublikamızın hər bir rayonunda keçirilmiş ictimai dinləmələrdə, daha sonra regional maarifləndirmə tədbirlərində yerli icra hakimiyyətlərinin, məhkəmə, prokurorluq və polis şöbələrinin rəhbərləri, bələdiyyələrin, qeyri-hökumət təşkilatları və KİV-in nümayəndələri, geniş ictimaiyyətlə yanaşı, dairə seçki komissiyalarının sədrlərinin də iştirak etdiyini, səmərəli müzakirələr aparıldığını söyləyib.

Müvəkkil bu ictimai dinləmələrdə dairə və məntəqə seçki komissiyaları üzvlərinin bələdiyyə və icmaları səfərbər etməklə əhali ilə iş aparmasının, seçici siyahılarının müntəzəm olaraq təkmilləşdirilməsinin, vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunmasının, hər bir kəsin fərdi şəkildə səs verməsi və iradəsinin ifadə etməsinin, vətəndaşlara öz seçimini etmək, habelə sərbəst toplaşmaq üçün şəraitin yaradılmasının önə çəkildiyini, əhalini demokratik, sərbəst, azad seçkilərdə fəal iştirak etməyə çağırdığını diqqətə çatdırıb.

E.Süleymanova əlillərin seçki prosesində iştirak etməsi üçün müvafiq məntəqələrdə pandusların quraşdırıldığını, habelə gözdən əlil olan şəxslər üçün isə Brayl əlifbası ilə bülletenlərin hazırlandığını qeyd edib.

O, əvvəlki seçkilərdə olduğu kimi, Müvəkkil və əməkdaşlarının bu seçki prosesində də müstəqil müşahidəçi qismində iştirak edəcəklərini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti