...

Bakıda ən çox yol qəzası baş verən ərazi açıqlandı

Cəmiyyət Materials 12 Oktyabr 2013 12:09 (UTC +04:00)
Bu ilin ilk 9 ayı ərzində Bakı şəhəri ərazisində 755 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən qəzalar zamanı 258 nəfər ölüb, 777 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bakıda ən çox yol qəzası baş verən ərazi açıqlandı

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir İ.İzzət/

Bu ilin ilk 9 ayı ərzində Bakı şəhəri ərazisində 755 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən qəzalar zamanı 258 nəfər ölüb, 777 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 hadisə, 52 xəsarət faktı azalsa da, ölənlərin sayı 3 nəfər artıb.

Hadisələr ən çox paytaxtın Xətai rayonunda (107 hadisə, 39 ölüm, 91 xəsarət) qeydə alınıb. Lakin ötən ilin müvafiq dövrü ilə müqayisədə burada 12 hadisə, 12 ölüm, 28 xəsarət faktı azalıb.

Ən az yol qəzaları isə Nəsimi rayonunda (19 hadisə, 8 ölüm, 16 xəsarət) qeydə alınıb. Burada ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 hadisə, 1 ölüm, 4 xəsarət faktı azalıb.

Yenə də hadisələr ən çox sürət həddinin aşılması nəticəsində baş verib.

Qeyd edək ki, 2013-cü ilin ilk 9 ayında ümumən respublika ərazisində 2157 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 872 nəfər ölüb, 2303 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% yol-nəqliyyat hadisəsi, 4,1% ölüm, 1% yaralıların sayı artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti