...

"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Cəmiyyət Materials 18 Oktyabr 2013 10:07 (UTC +04:00)
Oktyabrın 18-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Oktyabrın 18-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.

Qəzetin bu sayında oxucular AİB-nın Azərbaycanın enerji resurslarına olan tələbatı barəsində proqnozu, yerli mühəndislər tərəfindən reaktiv atəş sisteminin hazırlanması, Azərbaycan və ABŞ-ın İKT sahəsində əməkdaşlıq perspektivlərinin müzakirə olunacağı seminar, 2014-cü ildən ölkədə Avro-3 standartlarının tətbiqinə başlanması, ABŞ-dakı Azərbaycan incəsənət nümunələri, Bakıda II açıq qum heykəltəraşlığı və qrafitti skulpturu festivalının başlanması və digər maraqlı məqalələrlə tanış ola bilərlər.
"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti