...

Rusiyada milli-mədəni muxtariyyətlərlə iş üzrə şura yaradılıb

Cəmiyyət Materials 18 Oktyabr 2013 17:34 (UTC +04:00)
Regional İnkişaf Nazirliyi yanında Milli-mədəni muxtariyyətlərlə iş üzrə Məsləhət Şurası yaradılıb.
Rusiyada milli-mədəni muxtariyyətlərlə iş üzrə şura yaradılıb

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Regional İnkişaf Nazirliyi yanında Milli-mədəni muxtariyyətlərlə iş üzrə Məsləhət Şurası yaradılıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Şuranın tərkibinə aşağıdakı milli-mədəni federativ muxtariyyətlərin nümayəndələri daxil olub: çuvaş, tatar, ukraynalı, qazax, belarus, yəhudi, erməni, ləzgi, azərbaycanlı, qaraçı, rusiyalı almanlar, polyak, litvalı, yunan, süryani, kürd.

Məlumata görə, Şuranın iclası yarımillikdə bir neçə dəfə keçiriləcək: "Şuranın yaradılmasında məqsəd Rusiya xalqlarının dövlət milli siyasəti və etnomədəniyyətin inkişafı sahəsinə aid məsələləri nəzərdən keçirməkdir. Şuranın işi çərçivəsində hazırlanan təkliflər tövsiyə xarakteri daşıyacaq".

Məsləhət Şurasının əsas vəzifələrindən biri millətlərarası tolerantlığın formalaşdırılması, millətlərarası ünsiyyət mədəniyyətinın aşılanması və Rusiyanıın çoxmillətli mədəniyyətinin yayılması üzrə addımlar atmaqdır.

Şuranın fəaliyyətinin digər prioritetləri dövlət milli siyasətində qanunvericiliyin təkmilləşdirilməsi, həmçinin milli və dini zəmində estremizmin profilaktıkası üzrə təkliflər hazırlamaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti