Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir R.Hafizoğlu/
Türkiyədə 2012-ci ildən qəbul edilən qanun layihəsinə əsasən, hətta ölkə ərazisində istehsal edilən filmlərdə belə yol hərəkəti və təhlükəsizlik qaydalarının pozulması qadağan edilir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Zaman" qəzeti məlumat verib.
Məlumata əsasən, qanunun qüvvəyə minməsindən bu günə qədər olan 11 ay müddətində 2 mindən çox film izlənilərək onlardakı qanun pozuntuları üzə çıxarılıb.
Qəzetin məlumatına əsasən, qanun pozuntuları müşahidə edilən filmlərdə həmin kadrlar 10-15 saniyəlik göstərilməyəcək.
Məlumatda deyilir ki, görülən tədbirlər nəticəsində filmlərdə yol hərəkəti və təhlükəsizlik qaydalarının pozulması halları 80 faizdən 10 faizə qədər azalıb.