...

"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Cəmiyyət Materials 23 Oktyabr 2013 10:18 (UTC +04:00)
Yeni sayda "AZERNEWS" qəzetinin həftəlik köşə yazarı Skot Fenvik isə oxuculara əzələ məşqləri üçün məsləhətləri təqdim edəcək.
"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Oktyabrın 23-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
Qəzetin bu sayında oxucular Azərbaycanın xarici investorların sığorta bazarına daxil olmasını liberallaşdırma planı, AİB-ın Azərbaycanı güzəştli kredit alan ölkələr kateqoriyasından çıxarması, tarixi xalq qəhrəmanı Koroğlunun UNESCO-nun Dünya irs siyahısına əlavə olunma mümkünlüyü, Azərbaycanın Quba rayonununda alma bayramının qeyd edilməsi, Şahdağ istirahət kompleksinin yeni mövsüm üçün təklifləri, Azərbaycanda keçiriləcək Avropa Oyunları 2015 yarışmasına geriyə sayımın başlanması və digər maraqlı məqalələrlə tanış ola bilərlər.
Yeni sayda "AZERNEWS" qəzetinin həftəlik köşə yazarı Skot Fenvik isə oxuculara əzələ məşqləri üçün məsləhətləri təqdim edəcək.

"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti