...

Azərbaycanda noyabrın 1-dən bəzi yeni coğrafi standartlar tətbiq ediləcək

Cəmiyyət Materials 29 Oktyabr 2013 10:40 (UTC +04:00)
Standartlaşdirma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Geodeziya. Terminlər və təriflər”, “Rəqəmsal topoqrafik xəritələr. Ümumi tələblər”, “Geodeziya alətləri. Terminlər və təriflər”, “Coğrafi informasiya sistemləri. Terminlər və təriflər” dövlət standartlarını təsdiq edib.
Azərbaycanda noyabrın 1-dən bəzi yeni coğrafi standartlar tətbiq ediləcək

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Standartlaşdirma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Geodeziya. Terminlər və təriflər", "Rəqəmsal topoqrafik xəritələr. Ümumi tələblər", "Geodeziya alətləri. Terminlər və təriflər", "Coğrafi informasiya sistemləri. Terminlər və təriflər" dövlət standartlarını təsdiq edib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika (TK 11)" standartlaşdırma üzrə Texniki Komitə tərəfindən təqdim edilmiş AZS ГОСТ 22268-2012 "Geodeziya. Terminlər və təriflər", AZS ГОСТ Р 51605-2013 "Rəqəmsal topoqrafik xəritələr. Ümumi tələblər", AZS ГОСТ Р 21830-2013 "Geodeziya alətləri. Terminlər və təriflər", AZS ГОСТ Р 52438-2013 "Coğrafi informasiya sistemləri. Terminlər və təriflər" dövlət standartları təsdiq edilib. Standartların tətbiq vaxtı 1 noyabr 2013-cü il tarixindən müəyyən edilib.

AZS ГОСТ 22268-2012 "Geodeziya. Terminlər və təriflər" standartı elm, texnika və istehsalatda geodeziya sahəsi üzrə tətbiq olunan əsas anlayışların termin və təriflərini müəyyən edir. Standartla müəyyən edilmiş terminlərin bütün nov sənədlərdə, dərsliklərdə, dərs vəsaitlərində, texniki və sorğu ədəbiyyatlarında tətbiq edilməsi məcburidir.

AZS ГОСТ Р 51605-2013 "Rəqəmsal topoqrafik xəritələr. Ümumi tələblər" dövlət standartı 1:10 000, 1:25 000, 1:50 000, 1:100 000, 1:200 000, 1:500 000 və 1:1 000 000 miqyaslı rəqəmsal topoqrafik xəritələrə qoyulan əsas tələbləri, onların yaradılma və yeniləşdirmə prosesinin, eləcə də bu halda informasiya və proqram təminatından istifadə edilmələrin ümumi tələblərini müəyyən edir. Bu standartın müddəaları təşkilati mənsubiyyətindən və mülkiyyət formasından asılı olmayaraq, müvafiq orqan tərəfindən kartoqrafiya fəaliyyətinə (rəqəmsal topoqrafik xəritələrin yaradılmasına və yayılmasına) xüsusi razılıq (lisenziya) verilmiş Azərbaycan Respublikası ərazisindəki bütün təşkilatlar, müəssisələr, sahibkarlıq subyektləri tərəfindən tətbiq edilməlidir.

AZS ГОСТ Р 21830-2013 "Geodeziya alətləri. Terminlər və təriflər" standartı elm, texnika və istehsalatda tətbiq edilən geodeziya alətlərinin əsas anlayışlarının termin və təriflərini müəyyən edir. Bu standartla müəyyən edilmiş terminlərin bütün nov sənədlərdə, dərsliklərdə, dərs vəsaitlərində, texniki və sorğu ədəbiyyatlarında tətbiq edilməsi məcburidir.

AZS ГОСТ Р 52438-2013 "Coğrafi informasiya sistemləri. Terminlər və təriflər" standartı coğrafi informasiya sistemləri sahəsindəki anlayışların əsas termin və təriflərini muəyyən edir. Bu standartla müəyyən edilən terminlərdən istifadə standartlaşdırma mühitinə daxil olan və (və ya) bu işlərin nəticələrini istifadə edən bütün nov coğrafi informasiya sənədləri və ədəbiyyatları ucun zəruridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti