...

Noyabrın ilk günü Azərbaycanda hava nisbətən sərinləyəcək, bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət Materials 31 Oktyabr 2013 13:02 (UTC +04:00)
Noyabrın ilk günü Azərbaycanda hava ötən günlərlə nisbətən sərin keçəcək, bəzi yerlərdə yağış yağacaq.
Noyabrın ilk günü Azərbaycanda hava nisbətən sərinləyəcək, bəzi yerlərdə yağış yağacaq

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Noyabrın ilk günü Azərbaycanda hava ötən günlərlə nisbətən sərin keçəcək, bəzi yerlərdə yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında noyabrın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam isə tutulacaği gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 9-12, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman, şərq rayonlarında çiskinli olacağı, axşam isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək,arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti