...

Gürcüstan DİN azərbaycanlı qızların seks ticarətinin qurbanları olmasına dair sorğunu cavablandırıb

Cəmiyyət Materials 20 Noyabr 2013 13:16 (UTC +04:00)
Bu məlumatlara aydınlıq gətirilməsi məqsədilə Respublikanın Daxili İşlər Nazirliyi qonşu ölkənin müvafiq qurumuna rəsmi sorğu ilə müraciət edib.
Gürcüstan DİN azərbaycanlı qızların seks ticarətinin qurbanları olmasına dair sorğunu cavablandırıb

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İ.İzzət/

Gürcüstan DİN azərbaycanlı qadınların seks ticarətinin qurbanları olması ilə bağlı sorğunu cavalandırıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qadın Krizis Mərkəzi adlı Qeyri-Hökümət Təşkilatının rəhbəri Mətanət Əzizova bir sıra kütləvi informasiya vasitələrinə azyaşlı azərbaycanlı qızların Gürcüstanın turizm məkanlarında seks ticarətinin qurbanları arasında statistik rəqəmlərə görə birinci yerdə olması, bir neçə gün öncə qonşu ölkənin hüquq-mühafizə orqanları tərəfindən həmin hotel və kazinolarda aparılmış reydlər zamanı xeyli sayda azyaşlının saxlanılması və bundan narahat olan yüzlərlə yüngül əxlaqlı azərbaycanlı qadınların tez-tələsik Türkiyə ərazisinə keçmələrinə dair müsahibə və açıqlamalar verib.

Bu məlumatlara aydınlıq gətirilməsi məqsədilə Respublikanın Daxili İşlər Nazirliyi qonşu ölkənin müvafiq qurumuna rəsmi sorğu ilə müraciət edib.

Noyabrın 19-da Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentindən daxil olmuş rəsmi cavabda bildirilir ki, 2012-ci il yanvar ayının 1-dən bugünədək Gürcüstan Respublikasının Cinayət Məcəlləsinin qanunsuz miqrasiya və insan alverini nəzərdə tutan maddəsi üzrə Azərbaycan vətəndaşlarının iştirakı ilə heç bir cinayət faktı aşkar edilməyib.

Daxili İşlər Nazirliyi belə həssas mövzulara müraciət edən bütün kütləvi informasiya vasitələrini və qeyri-hökümət təşkilatlarını diqqətli olmağa, səhihliyi şübhə doğuran, yoxlanılmamış, qeyri-obyektiv informasiyaları səsləndirməməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti