...

Penitensiar xidmətin bir sıra rəhbər şəxslərinin rütbələri artırılıb

Cəmiyyət Materials 21 Noyabr 2013 09:55 (UTC +04:00)
Penitensiar xidmətin bir sıra rəhbər şəxslərinin rütbələri artırılıb.
Penitensiar xidmətin bir sıra rəhbər şəxslərinin rütbələri artırılıb

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İ.İzzət/

Penitensiar xidmətin bir sıra rəhbər şəxslərinin rütbələri artırılıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Ədliyyəsinin 95 illik yubileyi münasibətilə ədliyyə naziri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun əmri ilə Penitensiar xidmətin aşağıdakı əməkdaşlarına ədliyyə polkovniki rütbəsi verilib:

- Vüqar Əsədov - Penitensiar xidmətin Katibliyinin rəisi

- Mübariz Məmmədov - Penitensiar xidmətin Məhkumların əməyinin təşkili şöbəsinin rəisi

- Fikrət Qafarov - Penitensiar xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti