...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi cəmiyyətin inkluziv inkişafı üçün iş yerlərinin təmin olunmasına dair beynəlxalq foruma ev sahibliyi edəcək

Cəmiyyət Materials 25 Noyabr 2013 09:14 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi cari ilin 6-9 dekabr tarixlərində Avstraliyanın Brisban Madrid Klubu, Avstraliya Parlamentinin üzvü Kliv Palmer və Beynəlxalq Əmək Təşkilatı ilə birgə "Cəmiyyətin inkluziv İnkişafı üçün iş yerlərinin təmin olunması, G20 çağırış" başlığı ilə Beynəlxalq Foruma ev sahibliyi edəcək.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi cəmiyyətin inkluziv inkişafı üçün iş yerlərinin təmin olunmasına dair beynəlxalq foruma ev sahibliyi edəcək

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi cari ilin 6-9 dekabr tarixlərində Avstraliyanın Brisban Madrid Klubu, Avstraliya Parlamentinin üzvü Kliv Palmer və Beynəlxalq Əmək Təşkilatı ilə birgə "Cəmiyyətin inkluziv İnkişafı üçün iş yerlərinin təmin olunması, G20 çağırış" başlığı ilə Beynəlxalq Foruma ev sahibliyi edəcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, Foruma Madrid Klubunun fəxri sədri Prezident Bill Klinton və fəxri üzvü Koffi Annanın xüsusi müraciəti ünvanlanıb. Forumun işində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, Latviyanın sabiq Prezidenti Vaira Vike-Freiberga, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Qırğızıstanın sabiq Prezidenti Roza Otunbayeva, Serbiyanın sabiq Prezidenti Boris Tadic, səfir Valter Füst və idarə heyyətinin digər üzvləri ilə yanaşı, Madrid Klubunun üzvü olan 30-dan çox sabiq ölkə və hökumət rəhbərləri iştirak edəcəklər.

Forum çərcivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubu və Dünya Mədəniyyət və Elm Akademiyası arasında gələn il 27-30 apreldə Bakıda keçiriləcək "II Shared Societies Forumu" və Dünya Elmlər Akademiyasının idarə heyətinin toplantısı ilə bağlı koordinasiya toplantısı keçiriləcək.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın 19 ölkəsindən 14-ü sabiq Prezident olmaqla 24 üzvün toplandığı mədəniyyətlər və dinlərarası dialoq, o cümlədən tolerantlığın müzakirə olunduğu qlobal bir platformaya çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti