...

Azərbaycan nümayəndələri Azərbaycan Qırğızıstan II gənclər Forumunda iştirak ediblər (FOTO)

Cəmiyyət Materials 25 Noyabr 2013 13:23 (UTC +04:00)
ATGTİ-dən Trend-ə verilən məlumata görə, forum iştirakçıları dövlət qurumları, gənclər təşkilatları və tələbə təşkilatları olaraq üç qrupa bölünüblər.
Azərbaycan nümayəndələri Azərbaycan Qırğızıstan II gənclər Forumunda iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

20-21 noyabr tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayilov ATGTİ-nin TGT-lərlə iş departamentinin direktoru Həbibə Sadıqlı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının (AzMİU TGT) sədri Asif Səfərli və Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatının (BANM TGT) sədri Rəvan Adilov Azərbaycan Qırğızıstan II gənclər Forumunda iştirak edib.

ATGTİ-dən Trend-ə verilən məlumata görə, forum iştirakçıları dövlət qurumları, gənclər təşkilatları və tələbə təşkilatları olaraq üç qrupa bölünüblər. ATGTİ nümayəndələri forum çərçivəsində tələbə təşkilatları qrupunda fəaliyyət göstərib və qırğızıstanlı tələbə-gənclərlə fikir mübadiləsi aparıblar. Qrup işləri çərçivəsində hər iki ölkədə həyata keçirilən gənclər siyasəti müzakirə edilmiş, mövcud durum qiymətləndirilmiş və gələcək birgə fəaliyyət perspektivləri barədə təkliflər verilmişdir.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin rəhbəri olduğu azərbaycanlı nümayəndə heyyətinin tərkibində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə, İrəli ictimai birliyinin sədri Rauf Mardiyev, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova və Azərbaycan Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov təmsil olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti