Daxili İşlər Nazirliyinə polis əməkdaşları barədə daxil olmuş şikayətlərin sayı 26 faiz azalıb

Daxili İşlər Nazirliyinə polis əməkdaşları barədə daxil olmuş şikayətlərin sayı 26 faiz azalıb

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Noyabrın 29-da Daxili İşlər Nazirliyində (DİN) "Şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin vəziyyəti"nə və "Daxili işlər orqanlarında xidmətə namizədlərin seçilməsi, yerləşdirilməsi, gənc əməkdaşların irəli çəkilməsi və peşə hazırlığının təşkili"nə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov kollegiya iclasını açaraq gündəlikdəki məsələlər barədə məlumat verib, insan hüquq və azadlıqlarının qorunmasının, vətəndaşların müraciətlərinə baxılmasının və qəbulunun xidməti fəaliyyətin qiymətləndirilməsində başlıca meyarlardan biri olduğunu bildirib.

Qeyd olunub ki, insanları narahat edən məsələlərin həllinə xüsusi həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin tələbi rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, vətəndaşların mütəmadi olaraq qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılıb, müraciət və şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun, ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib.

Kadrların seçilib yerləşdirilməsi, şəxsi heyətin professional səviyyəsinin yüksəldilməsi məsələlərinin də diqqət mərkəzində saxlanıldığı, dəfələrlə kollegiya iclaslarının müzakirəsinə çıxarıldığı, bu işin səmərəsinin artırılması üçün yerlərə lazımi göstərişlər verildiyi, əməli köməkliklər göstərildiyi nəzərə çatdırılıb.

Gündəlikdəki birinci məsələ barədə məruzə ilə DİN Katibliyinin rəisi, polis general-mayoru Nüsrət Şirinov çıxış edib. O deyib ki, nazirliyin rəhbərliyi tərəfindən ölkə Prezidentinin tələb və tövsiyələrinə uyğun olaraq, müvafiq fəaliyyət sahəsinə göstərilən xüsusi diqqət və tələbkarlıq artıb, mövcud nöqsan və çatışmazlıqlara görə qəbul edilən prinsipial qərarlar vətəndaşların müraciətlərinə baxılması və qəbulu sahəsində müsbət nəticələri şərtləndirib. Belə ki, 2012-ci ildə nazirliyə daxil olmuş şikayətlərin sayı əvvəlki illə müqayisədə 2,5 dəfə, o cümlədən polis əməkdaşları barədə olanlar 26 faiz, habelə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına edilən analoji şikayətlər 19 faiz, insan hüquqları üzrə müvəkkilə ünvanlanmış müraciətlər 2 dəfə azalıb.

İşin təkmilləşdirilməsi sahəsində görülmüş tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə təhqiqat qurumları üzrə şikayətlərin sayında 2 dəfəyə yaxın azalma qeydə alınıb. Son iki il yarım ərzində daxili işlər orqanlarına 880 minə yaxın müraciət daxil olub ki, onların da 69,5 faizini ərizələr, 30,3 faizini isə şikayətlər təşkil edib.

İnsan hüquqlarının qorunmasında mühüm vasitələrdən olan vətəndaşların qəbulu işi də diqqət mərkəzində saxlanılıb. Son 2 il 9 ayda təkcə daxili işlər naziri tərəfindən nazirlikdə və respublikanın bütün rayonları əhatə olunmaqla 820 vətəndaş qəbul edilib. Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb, şikayətlərə səbəb olan amillərin aradan qaldırılması üçün operativ tədbirlər görülüb, aidiyyəti struktur qurumlara müvafiq tapşırıqlar verilib. İcraya yönəldilən bütün müraciətlər nəzarətə götürülüb, nəticələri məruzə olunub. Bütövlükdə qeyd olunan müddətdə daxili işlər orqanları üzrə 121.765, o cümlədən nazirliyin Aparatında 10.304, ərazi polis orqanlarında 111.461 vətəndaş qəbul edilib.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev gündəlikdəki ikinci məsələ ilə bağlı məruzə ilə çıxış edib. O deyib ki, hər bir əməkdaşın cəmiyyətdə nümunəvi davranışı ilə fərqlənməsi, fəaliyyətini xalqa xidmət, dövlətçilik, qanunçuluq, anda sədaqət prinsipləri üzərində qurması, peşəkarlıq səviyyəsini durmadan artırması, ixtisaslı və geniş dünyagörüşlü gənc kadrların hazırlanması barədə ölkə Prezidentinin tələb və tövsiyələri qarşıda duran başlıca vəzifələrdən olaraq diqqət mərkəzində saxlanılıb.

2011-ci ildən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanlarının, DİN-in müsabiqə komissiyasının müsahibələrinin nəticələri üzrə 213 ali hüquq və pedaqoji təhsilli şəxs, həmçinin 75 vətəndaş mütəxəssis qismində tam aşkarlıq və şəffaflıq şəraitində xidmətə qəbul olunaraq orta rəis heyəti vəzifələrinə təyin edilib. Sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən 16 əməkdaş test imtahanları verməklə, 66 əməkdaş mütəxəssis kimi orta rəis heyəti vəzifələrinə irəli çəkilib. DİN-in Polis Akademiyasının məzunları, eləcə də sonuncu kurslarda təhsil alan sıravi və kiçik rəis heyətindən olan əməkdaşların sırasından 487 nəfər orta rəis heyəti vəzifələrinə təyin edilib.

2011-2013-cü illərdə DİN-in Polis Akademiyasına 3472 namizəddən qabiliyyət imtahanlarını müvəffəqiyyətlə vermiş və nazirliyin seçim komissiyasının müsbət rəyini almış 1544 (44,5 faiz) orta məktəb məzunu qəbul imtahanlarında iştirak etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilib. Test imtahanlarında daha yüksək bal toplamış 385 gənc Polis Akademiyasına qəbul olub.

Görülən bu və digər tədbirlər nəticəsində şəxsi heyətin sıralarında gənc kadrların xüsusi cəkisi artaraq 58 faiz, o cümlədən zabitlər içində 35,4 faiz, sıravi və kicik rəis heyəti üzrə 68 faiz təşkil edib. Sıravi və kiçik rəis heyəti sıralarında ali təhsillilər 18,4 faiz, orta və böyük rəis heyəti üzrə 92 faiz təşkil edib. Son 3 ildə 1907 əməkdaş xarici dövlətlərdə və beynəlxalq təşkilatların respublikada keçirdikləri təlimlərdə iştirak edib.

Təlimlərin təşkili zamanı xidməti fəaliyyətdən ayrılmanı istisna edən virtual tədrisə xüsusi diqqət yetirilib, bu məqsədlə nazirlikdə, Polis Akademiyasında və respublikanın 28 şəhər, rayon polis orqanında video-konfrans texnologiyasına əsaslanan interaktiv tədris sinifləri yaradılmaqla 10 mindən çox əməkdaş virtual təlimlərə cəlb olunub. 2012-ci ilin noyabr ayından etibarən ayrı-ayrı xidmətlərin təxminən 700 əməkdaşı "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzində təşkil olunmuş kurslarda ixtisaslarını artırıblar.

Gündəlikdəki məsələlər ətrafında çıxış edənlər görülən işlərdən, buraxılmış nöqsanlardan danışıb, ilin sonunadək onların aradan qaldırılması üçün kəsərli tədbirlərin həyata keçiriləcəyini bildiriblər.

İclasa yekun vuran daxili işlər naziri, general-polkovnik R.Usubov müzakirə olunan hər iki məsələ üzrə bütövlükdə fəaliyyətin qənaətbəxş olduğunu, eyni zamanda, müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da bildirərək qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib.

O, xüsusilə vurğulayıb ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinə nəzarəti həyata keçirən komissiyaların fəaliyyəti canlandırılmalı, görülən işlər mütəmadi öyrənilməli, mərkəzi icra hakimiyyəti orqanlarından daxil olan, habelə təkrar müraciətlərin səbəbləri diqqətlə araşdırılmalı, əməliyyat müşavirələrində müzakirə edilməklə prinsipial qiymət verilməlidir.

Gündəlikdəki ikinci məsələyə toxunan nazir bəzi ərazi qurumlarında xidmətə namizədlərin fərdi xüsusiyyətlərinin ətraflı öyrənilmədiyini, namizədlərin intellektual səviyyəsinin və fiziki hazırlığının yoxlanılmasına formal münasibət bəslənildiyini diqqətə çatdıraraq gənc əməkdaşlarla aparılan işin səmərəsinin yüksəldilməsini, bu sahəyə xüsusi diqqət yetirilməsini, onların hazırlıq səviyyəsinin artırılması üçün real iş aparılmasını, orqan və hissələrdə sağlam mənəvi-psixoloji mühitin, işgüzar əhval-ruhiyyənin qorunub-saxlanılmasının vacib şərtlərindən olan ədalət prinsipinin tam təmin edilməsinin vacibliyini qeyd edib.

Nazir qeyd edib ki, xalqımızın rifah halının daha da yaxşılaşmasını, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin durmadan yüksəlişini təmin edən vacib amillərdən biri, möhtərəm Prezidentimizin dəfələrlə qeyd etdiyi kimi, daxili sabitliyin, dönməzliyinin, əmin-amanlığın etibarlı təmini olub. Daxili işlər orqanlarının şəxsi heyəti, Daxili Qoşunlar qanunvericiliklə üzərilərinə düşən bütün məsul vəzifələrin öhdəsindən ümumən layiqincə gəlib, vətəndaşların qanunla qorunan hüquqlarının təmin olunması, onların mülkiyyətinin, təhlükəsizliklərinin hər cür cinayətkar qəsdlərdən qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirib, dövlətin konstitusion quruluşunun keşiyində ayıq-sayıq dayanıblar.

Cari ilin ötən dövründə əldə olunmuş müsbət nəticələr onu deməyə əsas verir ki, respublikamızda cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması xətti uğurla davam etdirilib, əməkdaşların və hərbi qulluqçuların peşəkarlıq, intellektual səviyyəsi daha da yüksəlib, vətəndaşların polisə inamı və dəstəyi artıb.

O, bir daha qeyd edib ki, bu gün daxili işlər orqanlarının qarşısında duran əsas vəzifə dövlətimizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın sosial rifahının yüksəldilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasətinin başlıca təminatlarından olan ictimai-siyasi sabitliyin etibarlı qorunması, daha da möhkəmləndirilməsidir.

Daxili işlər naziri ölkə Prezidenti cənab İlham Əliyevi əmin edib ki, şəxsi heyət ölkənin qanunlarından, dövlət başçısının fərman və sərəncamlarından irəli gələn tələbləri layiqincə yerinə yetirəcək, xalqa və dövlətə sədaqətlə xidmət edəcək, cari ili də yüksək göstəricilərlə başa vuracaq.

Bakı limanı Avropanın aparıcı limanı ilə əməkdaşlığa başlayıb
Bakı limanı Avropanın aparıcı limanı ilə əməkdaşlığa başlayıb
İqtisadiyyat Nazirliyi Qarabağın çiçəklənən regiona çevrilməsinə kömək edəcək - Mikayıl Cabbarov
İqtisadiyyat Nazirliyi Qarabağın çiçəklənən regiona çevrilməsinə kömək edəcək - Mikayıl Cabbarov
"Anglo Asian Mining" şirkəti Azərbaycanda 2020-ci ildə rekord həddə gəlir əldə edib
"Anglo Asian Mining" şirkəti Azərbaycanda 2020-ci ildə rekord həddə gəlir əldə edib
Loading Bars
Xəbər lenti
"WhatsApp" tənqidlərə görə yeni qaydaların tətbiqini təxirə saldı
Yanvarın 18-dək ictimai nəqliyyat işləməyəcək
Müzəffər Ali Baş Komandan milli mənəviyyatımızın zirvəsi Şuşada - Azərbaycan xalqı, başını uca tut!
Yüksəl, Yüksəl... Mən də yüksəldim, ən uca zirvəyə... Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO)
ABŞ Kubanın Daxili İşlər Nazirliyinə qarşı sanksiya tətbiq edib
Britaniyada bir gündə koronavirusdan 1 280 nəfər ölüb
İsraildə 2 milyondan artıq insan koronavirusa qarşı vaksinasiya olunub
Dünyada koronavirusdan ölənlərin sayı 2 milyon nəfəri ötdü
Bu gün “Vikipediya” internet şəbəkəsinin yaradılmasının 20 ili tamam olur
Ölkə Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir
Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir - Leyla Abdullayeva
Cəbrayıl uğrunda döyüşən şəhid - Elvin Məmmədov (FOTO)
Azərbaycanda pandemiya dövründə bu sahədə gəlirlər artıb
Aİİ-nin rektoru Aqil Şirinov “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə iştirak edib
Kainatın ən qədim planeti aşkar edilib
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
Ermənilər üçün ən optimal yol reallığı qəbul etməkdir - Politoloq
Şuşalılar: Prezidentimizi Şuşada görmək çox qürurvericidir - Trend TV-nin Ağdamdan reportajı
Nazir müavini Hidayət Abdullayev şəhid ailələri ilə görüşdü (FOTO)
Mühasirədə qaldıq, bir yolumuz var idi... – qazi Vüsal Qasımov (FOTO/VİDEO)
Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
"DOSTTALKS - Vətən Müharibəsi" tədbiri keçirilib (FOTO)
Coca-Cola və ASAN Könüllüləri “Bir sifariş – Bir sevinc” layihəsi çərçivəsində 1500 ailəyə dəstək oldu! Aksiya davam edir (FOTO)
“YAŞAT” Fondu ciddi fiziki travma alan qazilərimizi uğurla əməliyyat etdirib (FOTO)
Astarada meşə zolağında yanğın olub (FOTO)
Sevil Mikayılova: İslam dini abidələrinə qarşı erməni vəhşiliyi dünya birliyi tərəfindən pislənməlidir
Azərbaycan Prezidenti: Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə, dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun! (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bu gecə cəmi beş saat yatmışam, çünki Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir
Prezident İlham Əliyev: Otuz il ərzində birinci dəfə Ali Baş Komandan Şuşaya gəlib, sözün düzü, Şuşadan getmək istəmir
ATƏT-in Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub
Azərbaycanın bu Dövlət Komissiyası ləğv edildi
Azərbaycan Minatəmizləmə Agentliyi yaradılıb
“ASAN xidmət”də şəhid və qazi ailələri üçün xüsusi xidmət təşkil edildi
"Tez qərar qəbul etmə xüsusiyyəti PAŞA Bankın güclü tərəfidir"
Monitorinq mərkəzində 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək - Çavuşoğlu
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir - Vüqar Rəhimzadə
Ceyhun Bayramov finlandiyalı həmkarı ilə telefonla danışıb
Pandemiyadan sonra dünya əvvəlki vəziyyətinə qayıtmayacaq - BMT nümayəndəsi
Bölgələrdə 20 şəhid ailəsinə və əlilliyi olan şəxslərə yeni evlər verildi (FOTO)
UNEC-də konfrans: "Qarabağ iqtisadiyyatının dirçəlişində moda industriyası: real imkanlar və perspektivlər" (FOTO)
Güllələnmiş büstlərin Şuşaya qayıdışı möhkəm siyasi iradənin, mədəni irsimizə dərin ehtiramın təzahürüdür – Deputat
Polşa mediasında Qarabağ münaqişəsinin tarixi aspektlərindən yazılıb
Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır - “Azəriqaz”
Vaksinasiyadan əvvəl sahə həkiminin yoxlanışından keçmək mütləqdir - İşçi qrupun üzvü
Ata yurduma ayaqyalın qayıtmağa hazıram - Böyük qayıdışı gözləyən məcburi köçkün (VİDEO)
Fizika İnstitutunun vəzifəsindən azad edilən direktoru açıqlama verdi
Niderland hökuməti istefa verir
Ağdam rayonunun Qasımlı kəndi (FOTO/VİDEO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Doğma, sevimli, əvəzolunmaz Şuşa! Tezliklə görüşənədək! (FOTO)
PAŞA Bank Visa kartınızla tibbi xidmətlərə endirim əldə edin!
Azərbaycanda 494 nəfər COVID-19-dan sağalıb, 349 nəfər yoluxub, 12 nəfər vəfat edib
Azercell-in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur
Şuşa səfəri qalibiyyətimizin və milli qürurumuzun növbəti təntənəsidir - Naqif Həmzəyev
“ASK Ayaqqabı Fabriki” MMC 2020-ci il üçün fəaliyyətinin nəticələrini açıqlayıb
Əfqanıstan Azərbaycana haqq işində həmişə dəstək verib - Səfir
Azərbaycanla Əfqanıstan arasında əlaqələrin perspektivləri müzakirə edilib
Bakı limanı Avropanın aparıcı limanı ilə əməkdaşlığa başlayıb
Bakıda bacısını güllələyib öldürən məmur övladının məhkəməsi başlayır
Azərbaycan və Belarus qarşıdakı ikitərəfli səfərlərin qrafikini müzakirə ediblər
Xızıda dayısını güllələyən şəxsin işi məhkəməyə göndərildi
Faktiki hava şəraiti açıqlanıb
Putin Təhlükəsizlik Şurasının iclasında Moskva görüşünü müzakirə edib
İmtahan sessiyası ilə bağlı monitorinqlərin nəticələri təhlil ediləcək - Nazirlik
Pedaqoji təcrübələr necə təşkil olunacaq?
“İnnovasiyalar Mərkəzi” 2020-ci ilin yekunları ilə bağlı hesabat verdi (FOTO)
2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması Azərbaycan mədəni irsinə göstərilən yüksək diqqətin təcəssümüdür - Deputat
Universitetlər tərəfindən onlayn kitabxanaların yaradılması vacibdir - Ekspert
Beynəlxalq maliyyə qurumları ilə koordinasiya görüşü keçirilib (FOTO)
İndoneziyada təbii fəlakətlərlə əlaqədar 15 min nəfər təxliyə edilib
RİİB-in Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək
Distant dərslərdə sui-istifadə hallarına yol verən müəllimlərin qeydiyyatı aparılır
Binəqədidə qanunsuz fəaliyyət göstərən süd və süd məhsullarının istehsalı müəssisəsi aşkarlanıb (FOTO)
Tələbə köçürmələri zamanı bu tələbələrin bəzi imtahan nəticələri nəzərə alınmaya bilər
Prezident İlham Əliyev: Son 17 ildə yetişən gənclər bu torpaqları azad etdilər
Prezident İlham Əliyevdən beynəlxalq təşkilatlara müraciət: Hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa RİH binası, Natəvan bulağı, Bülbülün ev muzeyi ilə də tanış olublar
Prezident İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək
İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı TƏKLİFLƏR var
Prezident İlham Əliyev: Bu gün Şuşaya gələrkən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm
Prezident İlham Əliyev: Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq
Prezident İlham Əliyev: 1992-ci ilin mayında AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb (FOTO)
Azərbaycanda gələn həftədən Çin istehsalı olan peyvənddən istifadə olunacaq - İbrahim Məmmədov
Prezident İlham Əliyev: Şuşanı Cıdır düzüsüz, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil
Prezident İlham Əliyev: Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl açılışı olmuşdur, bu yerdə mən də durmuşdum
Azərbaycan Prezidenti: Dahi şəxsiyyətlərimizin büstlərini əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar
Prezident İlham Əliyev: Məscidləri dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər?
Azərbaycan Prezidenti: Dedim ki, büstləri biz ancaq Şuşanı azad edəndən sonra gətirib öz yerlərində qoyacağıq və öz yerlərində də qoyduq
İranda 83 nəfər koronavirusdan ölüb
Qazaxıstanın yeni baş nazirinin adı açıqlanıb
AİB-in Mərkəzi və Qərbi Asiya regional departamentinə yeni baş direktor təyin olunub
Premium Visa kart sahiblərinə ödənişsiz COVID-19 testi
Prezident İlham Əliyev Şuşa şəhərindəki Saatlı məscidinə “Qurani-Şərif” hədiyyə edib
Azərbaycan Prezidenti: Yaxın zamanlarda biz Şuşanın bərpasını planlı şəkildə təmin edəcəyik
Prezident İlham Əliyev: Bütün təzyiqlərə, bütün telefon zənglərinə, baxmayaraq, dedim ki, sona qədər gedəcəyik
Azərbaycan Prezidenti: Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm
ADU-nun rektoru Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
Ermənistan rəhbərliyi yaranmış reallığı adekvat qiymətləndirə bilmir
Bütün xəbərlər