...

Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib

Cəmiyyət Materials 3 Dekabr 2013 15:20 (UTC +04:00)
Dekabrın 3-də Nizami rayonunda yerləşən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib.
Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

Dekabrın 3-də Nizami rayonunda yerləşən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib.

Trend Fondun rəsmi saytına istinadən məlumat verir ki, məqsəd sağlamlıq imkanları məhdud uşaqlara mənəvi və maddi yardım göstərmək, onlara bayram əhval-ruhiyyəsi bəxş etmək və cəmiyyətin diqqətini belə insanlara yönəltməkdir.

Tədbirdə Daun Sindromlu Şəxslərin Assosiasiyasının nəzdində fəaliyyət göstərən "Dəcəllər" teatrının üzvləri xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün "Sabun köpükləri" tamaşasını nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti