...

Millət vəkili sakinlərlə görüşüb (FOTO)

Cəmiyyət Materials 6 Dekabr 2013 10:14 (UTC +04:00)
Dekabr ayının 5-də millət vəkili İsmayıllı rayon mərkəzindəki ofisində həmişə olduğu kimi hər bir seçicini fərdi qaydada qəbul edib, onların problemləri ilə maraqlanıb.
Millət vəkili sakinlərlə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

Milli Məclisin deputatı Novruz Aslanovun İsmayıllı rayonuna səfərləri davam edir. Dekabr ayının 5-də millət vəkili İsmayıllı rayon mərkəzindəki ofisində həmişə olduğu kimi hər bir seçicini fərdi qaydada qəbul edib, onların problemləri ilə maraqlanıb.

Trend-in məlumatına görə, müraciətlər əsasən sosial yönümlü məsələlərlə bağlı olub. Torpaq sahəsi ilə təmin olunmaq məsələsi də bu sıradan olub. Şəxsi məişət problemləri barədə də millət vəkilinə müraciətlər edilib.

Həlli zaman tələb edən məsələlərlə bağlı deputat əlaqədar təşkilatlara müvafiq müraciətlərin ediləcəyini bildirib. Bəzi məsələlər yerindəcə həll edilib.

Məlumat üçün bildirək ki, dekabr ayının sonunda hər il olduğu kimi Novruz Aslanovun 1-3 illik deputatlıq fəaliyyəti barədə Hesabat jurnalı işıq üzü görəcək və ictimaiyyətə təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti