...

Berndə ulu öndər Heydər Əliyevin xatirəsinə anım mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 13 Dekabr 2013 14:07 (UTC +04:00)
2013-cü il dekabrın 12-də Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilmişdir.
Berndə ulu öndər Heydər Əliyevin xatirəsinə anım mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

2013-cü il dekabrın 12-də Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin xatirəsinə anım mərasimi keçirilmişdir.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirə toplaşanlar ulu öndərin səfirlikdəki büstü önünə əklil qoyduqdan sonra, ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra səfir Əkrəm Zeynallı, tədbirə qatılan səfirliyin kollektivi, İsveçrədə yaşayan, təhsil alan və çalışan həmyerlilərimiz önündə ulu öndər Heydər Əliyevin həyat yolu, Azərbaycan dövləti və dövlətçiliyinin möhkəmlənməsində, "Azərbaycançılıq" məfkurəsinin bərqərar olmasında, Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutmasında, o cümlədən diplomatiyamızın inkişafında xidmətlərindən bəhs etmişdir.

Bunun ardınca, tədbir iştirakçıları Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin istehsalı olan "Vətənə, xalqa həsr edilən ömür" filmini seyr etmişlər. Sonda, anım məclisinə gələnlərə ehsan verilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti