...

UNESCO-nun baş direktoru Azərbaycan müəllimlərinin XIV qurultayının iştirakçılarına təbrik məktubu göndərib

Cəmiyyət Materials 14 Dekabr 2013 11:13 (UTC +04:00)
UNESCO-nun baş direktoru İrina Bokova Bakıda keçiriləcək Azərbaycan müəllimlərinin XIV qurultayının iştirakçılarına təbrik məktubu göndərmişdir.
UNESCO-nun baş direktoru Azərbaycan müəllimlərinin XIV qurultayının iştirakçılarına təbrik məktubu göndərib

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

UNESCO-nun baş direktoru İrina Bokova Bakıda keçirilən Azərbaycan müəllimlərinin XIV qurultayının iştirakçılarına təbrik məktubu göndərmişdir.

Trend-in AzərTAc Dövlət İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, baş direktorun məktubunda keyfiyyətli təhsilin təşviqində və milli inkişaf məqsədlərinə nail olmaqda müəllimlərin mühüm rolu qeyd edilmişdir.

Bildirilmişdir ki, biz bütün qız və oğlanların məktəbə getmək qabiliyyətini təmin etməliyik, lakin bu kifayət deyildir. Onlar arzuladıqları həyatı sürmələri, cəmiyyətə tam həcmdə öz töhfələrini vermələri üçün bacarıq və biliklərə yiyələnməlidirlər. Bu baxımdan müəllimlərə böyük ehtiyac vardır. Fikir və dəyərlərin mübadiləsində, öyrənmək yollarını bölüşməkdə müəllimin mühüm rolu əvəzedilməzdir. Fransız filosofu Simona Veylin dediyi kimi, tədrisin ən mühüm hissəsi bilməyin nə olduğunu öyrətməkdir.

UNESCO-nun baş direktoru İrina Bokova diqqətə çatdırmışdır ki, müəllimlər qurmağa çalışdığımız daha ədalətli, əhatəli və davamlı cəmiyyətlərin mərkəzində olmaları səbəbindən biz onların tərəfində durmalıyıq. Bu, UNESCO-nun 2014-cü ilin yanvarından başlanacaq "Hamı üçün təhsil" kampaniyasına, maarifləndirmək və öyrənmək təşəbbüslərinə ünvanlanan əsas mesajdır.

İrina Bokova Azərbaycan müəllimlərinin XIV qurultayının da məhz belə əhval-ruhiyyədə keçiriləcəyinə əminliyini ifadə etmişdir. O, Azərbaycan Respublikası Təhsil Nazirliyini informasiya-kommunikasiya texnologiyaları potensialına təsir edən vahid yanaşma vasitəsilə müəllimlərin statusu və təliminə, professional inkişafına verdiyi xüsusi diqqətə görə təbrik etmişdir. Bildirmişdir ki, UNESCO-nun bu sahədə müəllim səriştəsinin inkişafına yardım etməsindən məmnundur.

Baş direktor diqqətə çatdırmışdır ki, UNESCO Assosiativ Məktəblər Şəbəkəsi, universitet kafedraları vasitəsilə də müəllimləri dəstəkləyir. Bütün bu işlər, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əməyi və işgüzarlığı nəticəsində UNESCO və Azərbaycan arasında yaranmış geniş tərəfdaşlığı əks etdirir.

Baş direktor sonda Azərbaycan müəllimlərinin XIV qurultayının bütün iştirakçılarına uğurlar arzulamış və UNESCO-nun onlardan qarşıdakı illərdə mühüm nəticələr gözlədiyini diqqətə çatdırmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti