...

Avropadan Gəncəyə (FOTO)

Cəmiyyət Materials 14 Dekabr 2013 17:30 (UTC +04:00)
Azərbaycanın ikinci böyük şəhəri Gəncə 2013-cü ilin tarixi salnaməsinə həkk olunan daha bir uğurun sevinci və qüruru içərisindədir.
Avropadan Gəncəyə (FOTO)

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Azərbaycanın ikinci böyük şəhəri Gəncə 2013-cü ilin tarixi salnaməsinə həkk olunan daha bir uğurun sevinci və qüruru içərisindədir.

Şəhərimiz noyabrın 21-də Yunanıstanın Saloniki şəhərində keçirilən Avropa Gənclər Forumunun ümumi yığıncağında 2016-cı il üçün "Avropa Gənclər Paytaxtı" müsabiqəsinin qalibi elan edilib. Bu titulu qazandıqdan sonra Gəncə şəhərində Avropanın müxtəlif ölkələrindən olan gənclər təşkilatları nümayəndələrinin iştirakı ilə dekabrın 14-də "Ramada Plaza" hotelində Avropa miqyaslı tədbir keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, icra başçısının birinci müavini Mikayıl Zeynalov, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov, Avropa Gənclər Şurasının üzvü və eksperti Bartalameo Bufi, Gəncə şəhərinə "Avropa Gənclər Paytaxtı 2016" müsabiqəsinə qatılması üçün dəstək olan biznes şirkətlərin - Türk Hava Yollarının, "Bakcell"in, "AccessBank"ın nümayəndələri, Polşa, Ruminiya, İtaliya, Ukrayna, Gürcüstan, İspaniya, Niderland, Bolqarıstan və Türkiyədən olan 65 nəfər müxtəlif gənclər təşkilatlarının nümayəndəsi, yerli tələbə və gənclər təşkilatlarının rəhbərləri və üzvləri iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını salamlayıb və gəncəli gəncləri qazandıqları qələbə münasibətilə təbrik edib. O bildirib ki, tədbirin keçirilməsində məqsəd gənclərin arzu və istəklərini öyrənmək, onların irəli sürdükləri təklifləri ümumiləşdirərək zəruri məsələləri ardıcıl olaraq həll etməkdir. Həmçinin vurğulayıb ki, Gəncə şəhərində "Avropa Gənclər Paytaxtı"nın təşkilat komitəsi yaradılacaq və həyata keçiriləcək vacib məsələlər komitənin fəaliyyətində əsas yer tutacaq.

Rəsmi nümayəndələr, şəhərin fəal gəncləri Gəncənin "Avropa Gənclər Paytaxtı 2016" müsabiqəsinin qalibi olması, qarşıda duran mühüm məsələlərlə əlaqədar fikir və təəssüratlarını, təkliflərini bildiriblər, verdikləri suallara ətraflı cavablar alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti