...

Millət vəkilləri beynəlxalq tədbirlərdə iştirak edirlər

Cəmiyyət Materials 19 Dekabr 2013 14:59 (UTC +04:00)
Milli Məclisin deputatları Azər Badamov və Tahir Rzayev Türk Dünyası Bələdiyyələr Birliyinin 10 illik yubileyi ilə əlaqədar keçirilərək tədbirdə iştirak etmək üçün Ankarada səfərdədirlər.
Millət vəkilləri beynəlxalq tədbirlərdə iştirak edirlər

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Milli Məclisin deputatları Azər Badamov və Tahir Rzayev Türk Dünyası Bələdiyyələr Birliyinin 10 illik yubileyi ilə əlaqədar keçirilərək tədbirdə iştirak etmək üçün Ankarada səfərdədirlər.

Trend Milli Məclisin saytına istinadən xəbər verir ki, toplantında birliyin on il ərzində həyata keçirdiyi işlər, gələcək planlar barədə məlumat veriləcək, bələdiyyələrin fəaliyyəti, türkdilli dövlətlərin yerli özünüidarəetmə orqanları arasında əlaqələrin inkişaf etdirilməsi, birgə layihələrin təşkili ilə bağlı fikir mübadiləsi aparılacaq.

Səfər dekabrın 20-də başa çatacaq.

Milli Məclisin digər üzvü Rauf Əliyev isə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 95 illik yubileyi münasibəti ilə Sloveniyanın Lyublyana şəhərində təşkil olunmuş tədbirdə iştirak edir.

Tədbir çərçivəsində Mehdi Hüseynzadənin həyatı, İkinci Dünya müharibəsində keçdiyi döyüş yolu, faşizmə qarşı apardığı mübarizə barədə xatirələr səsləndiriləcək, ona həsr olunmuş kitabın və filmin təqdimatı olacaq, qəhrəmanın dəfn edildiyi yerdə yeni memorial kompleksin açılış mərasimi keçiriləcək.

Səfər dekabrın 21-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti