...

Gələn il Azərbaycanda orta məktəblərin icra hakimiyyətlərindən asılılığı aradan qaldırılacaq

Cəmiyyət Materials 26 Dekabr 2013 15:06 (UTC +04:00)
Gələn ildən etibarən bütün orta ümumtəhsil müəssisələrinin rayon icra hakimiyyəti strukturlarından asılılığı aradan qaldırılacaq. Bu barədə Trend-ə Təhsil Nazirliyindəki mənbə bildirib.
Gələn il Azərbaycanda orta məktəblərin icra hakimiyyətlərindən asılılığı aradan qaldırılacaq

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İ.İzzət/

Gələn ildən etibarən bütün orta ümumtəhsil müəssisələrinin rayon icra hakimiyyəti strukturlarından asılılığı aradan qaldırılacağı gözlənilir. Bu barədə Trend-ə Təhsil Nazirliyindəki mənbə bildirib.

Mənbənin məlumatına görə, gələn ildən etibarən artıq orta məktəblərin maliyyələşməsi rayon icra hakimiyyətlərinin təhsil şöbələri vasitəsilə deyil, əsasən, nazirlik tərəfindən həyata keçiriləcək. Bundan əlavə, məktəb direktorlarının təyinatı sistemi də dəyişdiriləcək. Belə ki, artıq təhsil şöbələrinin irəli sürdüyü namizədlər deyil, məktəb kollektivi tərəfindən birbaşa seçilən şəxslər məktəb direktoru təyin ediləcəklər:

"Bütün bunlar təhsil sistemində islahatların səmərəliliyinin artırılması və bu sahədə baş verən neqativ halların aradan qaldırılması məqsədilə edilir".

Mənbə onu da qeyd edib ki, inqilabi xarakter daşıyan bu dəyşikliklərlə bağlı təkliflər hazırlanaraq Prezident Administrasiyasına təqdim edilib.

Qeyd edək ki, təhsil sistemində idarəçilik islahatlarının aparılması məsələsi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" sənədində də nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti