...

ATGTİ 4 yaşını qeyd etdi (FOTO)

Cəmiyyət Materials 27 Dekabr 2013 12:15 (UTC +04:00)
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) 4 yaşını qeyd edilib.
ATGTİ 4 yaşını qeyd etdi (FOTO)

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) 4 yaşını qeyd edilib.

Trend-in məlumatına görə, 20 noyabr 2009 -cu il tarixində təsis olunun ATGTİ artıq 4 ildirki fəaliyyət göstərir. ATGTİ bu illər ərzində ali və orta ixtisas məktəblərində təhsilin inkişafına kömək göstərmək, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, ölkənin ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməyi qarşısına məqsəd qoymuşdur.

Nəzərinizə çatdırırıq ki, ATGTİ 4 il ərzində 500-dən çox yerli və beynəlxalq layihə həyata keçirib və keçirilən layihələrdə yüz mindən çox tələbə-gənc iştirak etmişdir. Hal-hazırda Avropa Tələbələr Birliyinin tam hüquqlu üzvü, regionun ən böyük tələbə təşkilatı olan ATGTİ özündə Azərbaycanın 109 ali və orta ixtisas təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarını birləşdirərək, ətrafında 30 minə yaxın tələbə kütləsini cəmləyib.

Mərasimdə Gənclər və İdman Nazirliyinə, AR Prezidenti yanında Gənclər Fonduna, təhsil müəssisələrinin prorektorlarına, KİV nümayəndələrinə ATGTİ tərəfindən mükafatlar təqdim olundu.

Həmçinin 2012-2013 tədris ili ərzində ən yaxşı fəaliyyət göstərən TGT-lər mükafatlandırıldı. AzTU TGT ilin TGT-si, ADAU TGT ilin region TGT-si və İdarəetmə və Texnologiya Kolleci TGT-si isə ilin kollec TGT-si elan olundu, qalib TGT-lər Ipad və plaketlər ilə mükafatlandırıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti