...

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Qarabağ əlili Zaur Həsənovun ailə üzvlərini himayəyə götürür

Cəmiyyət Materials 27 Dekabr 2013 17:24 (UTC +04:00)
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) II qrup Qarabağ əlili Zaur Həsən oğlu Həsənovun ailə üzvlərinin himayəyə götürülməsi haqqında qərar qəbul edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Qarabağ əlili Zaur Həsənovun ailə üzvlərini himayəyə götürür

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) II qrup Qarabağ əlili Zaur Həsən oğlu Həsənovun ailə üzvlərinin himayəyə götürülməsi haqqında qərar qəbul edib.

Trend AHİK-in rəsmi saytına istinadən xəbər verir ki, Konfederasiyanın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov bildirib ki, Z.Həsənovun işsizliyini, ailə üzvlərinin sayının çox olmasını və maddi durumunun ağır olduğunu nəzərə alaraq AHİK-in İcraiyyə Komitəsi qərara alıb ki, Z.Həsənovun övladları yetkinlik yaşına çatanadək AHİK tərəfindən himayəyə götürülür və övladların hər birinə 300 manat məbləğində aylıq yardım verilir.

Z.Həsənovun sökülmüş obyektinə görə dəymiş ziyanı ödəmək üçün ona 100 min manat məbləğində maddi yardım edilir. Onun ölkə xaricində müalicəyə ehtiyacı olarsa, bütün xərclər AHİK-in hesabına ödəniləcək.

Qərarda deyilir ki, Z.Həsənov və onun həyat yoldaşı ehtiyac olduğu halda işlə təmin olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti