...

Azərbaycanda neft sənayesi tullantılarının yenidən istifadəsi istiqamətində tədqiqatlar aparılıb

Cəmiyyət Materials 28 Dekabr 2013 10:19 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutu neft sənayesi tullantılarının yenidən istifadəsi və zərərsizləşdirilməsi istiqamətində tədqiqatlar aparıb.
Azərbaycanda neft sənayesi tullantılarının yenidən istifadəsi istiqamətində tədqiqatlar aparılıb

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutu neft sənayesi tullantılarının yenidən istifadəsi və zərərsizləşdirilməsi istiqamətində tədqiqatlar aparıb.

İnstitutdan Trend-ə verilən məlumata görə, 60 min manat dəyərində olan layihənin rəhbəri Enerjiqənaətedici radiasiya prosesləri laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor İslam Mustafayevdir.

2012-2013-cü illəri əhatə edən "BTC neft kəmərləri obyektlərində ekoloji inventarlaşdırma və ətraf mühitin monitorinqi" adlı layihədə məqsəd neftin nəqli prosesinin tullantılarının ətraf mühitə təsirini minimuma endirməkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən layihə çərçivəsində Bakı, Hacıqabul, Kürdəmir Yevlax, Şəmkir, Ağstafa və s. şəhər və rayonlarda 80 günlük ekspedisiyalar təşkil olunub. Torpaq, su, hava və neft borularındakı tullantılardan götürülən nümunələrin analizi əsasında müəyyən nəticələr əldə edilib.

Hazırda elmi cəhətdən əsaslandırılmış tövsiyələr hazırlanır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti