Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir E.Mehdiyev/
"Kimlərsə aranı qarışdırmaq istəyirsə, bunu mənim oğlumla əlaqələndirməsinlər". Trend-in məlumatına görə, bunu vəfat etmiş II qrup Qarabağ əlili Zaur Həsənovun atası Həsən Həsənov deyib.
H.Həsənov qeyd edib: "Hadisəyə kənar qüvvələrin reaksiyası bizə lazım deyil, Qarabağ əlilinin ölümündən istifadəyə cəhdlər edilir".
Mərhumun atası bildirib ki, müxalifət qüvvələri, kimliyi bəlli olmayan qruplar Zaur Həsənovun ölümünü siyasi şouya çevirmək istəyirlər: "Buna qətiyyən yol vermək olmaz. Kimlərsə aranı qarışdırmaq istəyirlərsə, bunu mənim oğlumla əlaqələndirməsinlər. Biz hadisənin necə baş verdiyini onlardan yaxşı bilirik".
Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında özünü yandıran Qarabağ qazisi Zaur Həsənov dünən gecə dünyasını dəyişib.