...

II qrup Qarabağ əlili Zaur Həsənov torpağa tapşırılıb

Cəmiyyət Materials 29 Dekabr 2013 15:50 (UTC +04:00)
Özünü yandıraraq dünyasını dəyişmiş II qrup Qarabağ əlili Zaur Həsənov Şıx qəbiristanlığında dəfn edilib.
II qrup Qarabağ əlili Zaur Həsənov torpağa tapşırılıb

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir E.Mehdiyev/

Özünü yandıraraq dünyasını dəyişmiş II qrup Qarabağ əlili Zaur Həsənov Şıx qəbiristanlığında dəfn edilib.

Trend-in məlumatına görə, dəfn mərasimdə Qarabağ müharibəsi iştirakçıları, hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri, millət vəkilləri iştirak ediblər.

Yas mərasimində mərhumun dayısının vəziyyəti qəflətən pisləşib, və o, vəfat edib.

Qeyd edək ki, dekabrın 25-də özünü yandırmış II qrup Qarabağ əlili Z.Həsənov dekabrın 28-də saat 22 radələrində müalicə aldığı 5 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti