Azərbaycan, Bakı, 17 yanvar /Trend/
"AzerNews" yeni ildə oxucularına uğurlar arzulayır və qəzeti yeni dizaynda təqdim edir. AzerNews qəzetinin və saytının daha da oxunaqlı və maraqlı olması üçün onun görünüşü və şrifti yenilənmişdir.
İndi "AzerNews" yeni görünüşdə, parlaq dizayn, yeni, faydalı və maraqlı bölmələr və mövzularla nəşr olunur. Azərbaycanda və regionda baş verən proseslərin inkişafından hər zaman xəbərdar olmaq üçün AzerNews qazetini oxuyun!
Trend-in məlumatına görə, "AzerNews" onlayn qəzetinin yanvarın 17-də çıxanyeni sayında oxucular 2014-cü ilin Azərbaycanda sənaye ili elan olunması ilə bağlı ekspertlərin rəyləri və gözləntiləri, ölkədə yol qəzalarının təhlükəli yüksək həddə çatması, Avro-4 standartlarına keçidlə bağlı ölkədə həyata keçirilən tədbirlər, qida zəhərlənmələri ilə bağlı vəziyyət, Azərbaycalı velosipedçi-ekstrimalistin yeni həyəcanverici səyahəti və digər məqalələrlə tanış ola bilərlər.
"AzerNews" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.