...

Kanada universitetlərində təhsil almaq istəyənlərin sənədlərinin qəbuluna başlanılıb

Cəmiyyət Materials 27 Yanvar 2014 12:40 (UTC +04:00)
Kanadanın Vaterloo Universiteti Bakıda seminar təşkil edəcək.
Kanada universitetlərində təhsil almaq istəyənlərin sənədlərinin qəbuluna başlanılıb

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İ.İzzət/

Kanadanın Vaterloo Universiteti Bakıda seminar təşkil edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 10-13 fevral tarixlərində Kanadanın Vaterloo Universitetinin bir qrup professoru və universitetə qəbul üzrə məsul şəxsləri Azərbaycana səfər edəcəklər.

Səfər çərçivəsində Bakının bir neçə orta məktəbində riyaziyyat fənni üzrə seminarlar təşkil ediləcək, şagirdlərə riyaziyyat və kompüter elmləri sahəsində uğurlu karyera haqqında məlumatlar veriləcək. Bununla yanaşı, riyaziyyat fənninin müxtəlif sahələrində mövcud olan maraqlı problemlər və onların həlli barəsində fikir mübadiləsi aparılacaq.

Vaterloo Universitetinə sənəd vermək istəyən abituriyentlər http://www.ouac.on.ca internet saytı vasitəsilə müraciət edə bilərlər. Saytda qeydiyyatdan keçmiş və qəbul üçün tələb olunan sənədləri (orta məktəb qiymətləri, ingilis dili sertifikatı) təqdim edən abituriyentlərə Bakı Təhsil Məlumat Mərkəzində (C.Cabbarli küç., 40) Vaterloo Universitetinə qəbul kağızı veriləcək.

İngilis dili üzrə TOEFL və ya İELTS imtahan nəticəsi olmayan abituriyentlər üçün Vaterloo Universitetinin ingilis dili testi pulsuz təqdim ediləcək. Qeyd edək ki, abituriyentlər daha geniş məlumat almaq üçün [email protected] e-mail ünvanına müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti