...

Azərbaycanda müəyyən edilmiş kvotadan az balıq tutulub

Cəmiyyət Materials 5 Fevral 2014 15:24 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq ölkədə 2013-cü ildə 101 hüquqi və fiziki şəxs üçün balıq ovuna verilmiş 1166,8 ton kvotaya qarşı 793,8 ton balıq ovlanıb.
Azərbaycanda müəyyən edilmiş kvotadan az balıq tutulub

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Azərbaycanda ötən il 800 tona yaxın balıq ovlanıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq ölkədə 2013-cü ildə 101 hüquqi və fiziki şəxs üçün balıq ovuna verilmiş 1166,8 ton kvotaya qarşı 793,8 ton balıq ovlanıb.

Ovlanmış balığın 206 tonu kilkə, 150 tonu siyənək, 125 tonu kefal, 117 tonu kütüm, 72 tonu külmə, 59 tonu çapaq balıqlarının, qalanı isə digər balıq növlərinin payına düşüb.

Balıqçılar tərəfindən kvotanın alınması üçün 16,4 min manat ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti