...

ƏƏSMN-in "Qaynar xətt"inə müraciətlərin sayı təxminən iki dəfə azalıb

Cəmiyyət Materials 7 Fevral 2014 10:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Son aylarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşlara xidmət səviyyəsinin keyfiyyətcə yüksəldilməsi, xidmət sahələrində şəffaflığın təminatı, sosial qanunvericilik barədə əhalinin geniş məlumatlandırılması istiqamətində aparılan məqsədyönlü işlər nazirliyin 142 - "Qaynar xətt"inə daxil olan müraciətlərin kəskin şəkildə azalması ilə müşaiyət olunur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, cari ilin yanvar ayında vətəndaşlar tərəfindən 142 - "Qaynar xətt"ə edilən müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 780-dən 423-ə enib.

Əksəriyyəti sorğu xarakteri daşıyan müraciətlərin 349-u ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət, 14-ü məşğulluq, 46-sı əlillik, 14-ü isə əmək hüquqlarının təminatı məsələləri ilə bağlı olub.

Müraciətlərin operativ və obyektiv cavablandırılması üçün konkret tədbirlər görülüb və nəticəsi barədə vətəndaşlara məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti