...

VIII Möcüzə-Liderlik Məktəbi davam edir (FOTO)

Cəmiyyət Materials 12 Fevral 2014 14:37 (UTC +04:00)
Tovuzda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən VIII Möcüzə - Liderlik Məktəbi çərçivəsində təlimlər davam edir.
VIII Möcüzə-Liderlik Məktəbi davam edir (FOTO)

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Tovuzda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən VIII Möcüzə - Liderlik Məktəbi çərçivəsində təlimlər davam edir.

ATGTİ-dən Trend-ə verilən məlumata görə, VIII Möcüzə-Liderlik Məktəbində sosial media, liderlik, layihələrin yazılması və idarə olunması, etika təlimləri keçirilir.

Layihə çərçivəsində iştirakçılara təlimlərin keçirilməsində məqsəd ictimai fəal gənc olmaq və tələbə-gənclərin öz ideya və təşəbbüslərini reallaşdırmaq üçün onlara yardım etməkdir.

Təlimlər bitdikdən sonra iştirakçılar imtahan verəcəklər və imtahanı uğurla vermiş tələbələrə xüsusi diplomlar veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti