...

Azərbaycanda qonşu şəhər və rayonların sərhədlərinin müəyyən edilməsi üçün yeni qaydalar təsdiqləndi

Cəmiyyət Materials 27 Fevral 2014 10:19 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti “Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma qaydaları”nı təsdiq edib.
Azərbaycanda qonşu şəhər və rayonların sərhədlərinin müəyyən edilməsi üçün yeni qaydalar təsdiqləndi

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti "Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma qaydaları"nı təsdiq edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu sənəd ərazi planlaşdırılması sənədləri (ümumi, baş və müfəssəl planlar) hazırlandıqda, onların qonşu ərazi vahidləri ilə razılaşdırılması məsələlərini tənzimləyir.

Qayadalara əsasən, ərazi planlaşdırılması sənədlərinin ilkin layihələri razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 20.2-ci maddəsinin tələblərinə uyğun olaraq maraqlarına toxunulan qonşu inzibati ərazi vahidlərinə göndərilir. Ümumi planlar hazırlandıqdan sonra ərazi planlaşdırılması sənədləri müvafiq rəyin alınması üçün qonşu inzibati ərazi vahidlərinə göndərilir. Şəhərlərin inzibati sərhədi qonşu şəhər və rayon inzibati əraziləri ilə həmsərhəd olduqda, şəhərin Baş planı işlənildikdən sonra razılaşdırılmaq üçün qonşu inzibati ərazi vahidlərinə göndərilir.

Qonşu inzibati ərazi vahidlərinin yerli icra hakimiyyəti orqanlarına göndərilən layihələrə 1 ay müddətində münasibət bildirilməlidir, əks halda layihə razılaşdırılmış hesab olunur.

Qonşu ərazi vahidlərindən təqdim edilən iradlar əsaslandırılmış formada qəbul olunmadığı halda, Nazirlər Kabinetinə müraciət olunur və müvafiq komissiyanın yekun rəyi tərəflər üçün məqbul hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti