...

ATGTİ və FHN birgə elmi-praktiki konfrans keçirib (FOTO)

Cəmiyyət Materials 3 Mart 2014 15:08 (UTC +04:00)
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində “1 mart-Ümumdünya Mülki Müdafiə günü”nə həsr olunmuş “Gənclərin fövqəladə hallara hazır olması fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında əsas faktorlardan biri kimi” mövzusunda elmi-praktiki konfrans keçirib.
ATGTİ və FHN birgə elmi-praktiki konfrans keçirib (FOTO)

Azərbaycan, Bakı, 3 mart /Trend/

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində "1 mart-Ümumdünya Mülki Müdafiə günü"nə həsr olunmuş "Gənclərin fövqəladə hallara hazır olması fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında əsas faktorlardan biri kimi" mövzusunda elmi-praktiki konfrans keçirib.

ATGTİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransda ATGTİ-nin sədri Şahin İsmayilov, FHN Bakı regional Mərkəzinin rəis müavini polkovnik Cəfər Məmmədov, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar təhsil müəssisələri ilə iş şöbəsinin müdir müavini Vasif Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin ictimaiyyətlə əlaqələr və tələbələrlə iş üzrə prorektoru Zəfər Bayramov, müxtəlif ali təhsil müəssisələrini təmsil edən tələbə çıxışçılar və dinləyicilər, FHN-in müxtəlif idarələrinin əməkdaşları iştirak ediblər.

Konfransda gənclərin fövqəladə hallarla bağlı maarifləndirilməsi işində gənclərin təşəbbüskarlığı, müasir informasiya texnologiyalarının rolu, terror aktı zamanı tələbə gənclərin zəruri davranış qaydaları, fövqəladə halların qarşısının alınmasında mövcud dünya təcrübəsi və beynəlxalq əməkdaşlıq, gənclərin fövqəladə hallara psixoloji hazırlığı, tələbələrin həyat fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsində qeyri-standart yanaşmaların rolu, informasiya təhlükəsizliyi kimi mövzulara dair məruzələr olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti