...

Azərbaycanda "İpəkçilik Ensklopediyası" hazırlanır

Cəmiyyət Materials 6 Mart 2014 17:47 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şəki Regional Elmi Mərkəzi "İpəkçilik Ensklopediyası" hazırlayır.
Azərbaycanda "İpəkçilik Ensklopediyası" hazırlanır

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şəki Regional Elmi Mərkəzi "İpəkçilik Ensklopediyası" hazırlayır.

Trend Akademiyanın rəsmi saytına istinadən xəbər verir ki, "İpəkçilik lüğəti" kitabı kimi çap edilməsi düşünülən nəşrin AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə "İpəkçilik Ensklopediyası" şəklində hazırlanmasına qərar verilib.

Ensiklopediyada son dövrlərə qədər Azərbaycanın əsas ipəkçilik regionlarından olan Şəki-Zaqatala və Şamaxı ipəkçiliyi barədə mühüm məlumatlar toplanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti