...

Baş prokurorluq Zaqatalada polis zabitinin bıçaqlanması ilə bağlı rəsmi məlumat yayıb

Cəmiyyət Materials 13 Mart 2014 13:03 (UTC +04:00)
Zaqatala polis kapitanını bıçaqlayan şəxs tutularaq istintaqa cəlb edilib.
Baş prokurorluq Zaqatalada polis zabitinin bıçaqlanması ilə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir İ.İzzət/

Zaqatala polis kapitanını bıçaqlayan şəxs tutularaq istintaqa cəlb edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 11-də Zaqatala Rayon Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Anar Zeynalovun kəsilib-deşilmiş xəsarətlərlə mərkəzi rayon xəstəxanasına daxil olması faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Müəyyən edilib ki, qeyd edilən tarixdə saat 19 radələrində A.Zeynalov Zaqatala şəhərində xidmətdə olarkən küçədə Ceyhun Camalovla Nərmin Heydərovanın mübahisə etmələrini görüb onlara yaxınlaşıb, sonuncu ona C.Camalovun onu təqib etdiyini bildirib. A.Zeynalov C.Camalovdan qanunsuz hərəkətlərinə son qoymasını tələb edib və N.Heydərovaya Rayon Polis Şöbəsinə gedərək rəsmi müraciət etməsini izah edən zaman C.Camalov üzərində gəzdirdiyi cib bıçağını çıxarıb A.Zeynalovun bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirərək hadisə yerindən qaçıb.

Rayon prokurorluğu və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Ceyhun Camalov martın 12-də tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti