Azərbaycan, Bakı, 14 mart /Trend/
Martın 14-də "AzerNews" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
Qəzetin yeni sayında oxucular Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Henri Keralinin AzerNews qazetinə eksklüziv müsahibəsi, Almaniyanın keçmiş federal kansleri Gerhard Schröderin Azerbaycan-Almaniya əməkdaşlığı haqqında fikirləri, Novruz bayramı münasibətilə ki, AZAL hava yollarının endirim təklifləri, bahar bayramı şərəfinə Beynəlxalq Qadınlar Klubunun keçirəcəyi xeyriyyə tədbiri, "Səməni" festivalı, Azərbaycanda bahar bayramında yaxşı dincəlmək imkanları və digər məqalələrlə tanış ola bilərlər.
"AzerNews" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.