...

Azərbaycan poçtu yeni pulköçürmə xidmətini tətbiq edir

Cəmiyyət Materials 2 Aprel 2014 09:53 (UTC +04:00)
"Azərpoçt" MMC "IBA-EXPRESS" təcili pulköçürmə sisteminə qoşulub. Bu barədə Trend-ə MMC-dən deyiblər.
Azərbaycan poçtu yeni pulköçürmə xidmətini tətbiq edir

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir H.Vəliyev/

"Azərpoçt" MMC "IBA-EXPRESS" təcili pulköçürmə sisteminə qoşulub. Bu barədə Trend-ə MMC-dən deyiblər.

MMC-dən bildiriblər ki, xidmətin aprelin 7-də tətbiq ediləcəyi gözlənilir. Hazırda MMC-nin Bakı və paytaxtdan kənarda yerləşən filiallarında IBA-EXPRESS-in tətbiqi üzrə sınaq işləri başa çatır. Yaxın vaxtlarda xidmətdən "Azərpoçt"un bütün şöbələrində istifadə etmək mümkün olacaq.

"IBA-EXPRESS" sistemi üzrə pul köçürmələrini dollar, avro və rublda hesab açmadan həyata keçirmək olar. Pul köçürmələri Rusiya, Azərbaycan, Gürcüstan və Tacikistanı əhatə edir.

Komissiya haqqı göndərilən pulun ümumi məbləğinin 1 faizinə bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti