...

Azərbaycanda ali məktəblərə və kolleclərə sənəd verənlərinin cəmi 9 faizi rus bölməsi abituriyentləridir

Cəmiyyət Materials 30 Aprel 2014 11:36 (UTC +04:00)
2014-2015-ci tədris ili üçün ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu bu gün başa çatır.
Azərbaycanda ali məktəblərə və kolleclərə sənəd verənlərinin cəmi 9 faizi rus bölməsi abituriyentləridir

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İsabalayeva/

2014-2015-ci tədris ili üçün ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu bu gün başa çatır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanında iştirak üçün indiyədək 94 109 abituriyent sənəd verib.

Ərizəsini təsdiqlədənlərin 85 502-si Azərbaycan, 8607-si rus bölməsinin abituriyentləridir.

Abituriyentlərin 34 164-ü I, 22 771-i II, 25 420-si III, 11 754-ü IV ixtisas qrupu üzrə keçiriləcək müsabiqədə iştirak üçün sənəd verib.

Qeyd edək ki, ali və orta ixtisas məktəblərinə sənəd qəbuluna aprelin 1-dən başlanılıb.

Sənəd Qəbulu Komissiyalarında sənədlərin qəbulu və təsdiqi bu gün saat 17.00-da başa çatır. Sənədlərini internet vasitəsilə özləri təsdiq etdirmək istəyən abituriyentlər isə saat 23.59-a kimi sənədlərini təsdiq etdirə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti