...

Azərbaycanın bəzi yerlərində 32 dərəcə isti olacaq

Cəmiyyət Materials 5 May 2014 12:41 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi rayonlarında havanın temperaturu 32 dərəcəyə yüksələcək.
Azərbaycanın bəzi yerlərində 32 dərəcə isti olacaq

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi rayonlarında havanın temperaturu 32 dərəcəyə yüksələcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

Onun sözlərinə görə, mayın 6-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsasən axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da mayın 6-da hava əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Aran rayonlarında havanın temperaturu gecə 11-16, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 18-23 dərəcə isti olacaq.

A.Verdiyev bildirib ki, yaxın 2-3 gün ərzində Azərbaycan ərazisində əsasən yağmursuz hava şəraiti hökm sürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti