...

TQDK əvvəlki illərin məzunlarına "Buraxılış vərəqəsi"ni verməyə başlayıb

Cəmiyyət Materials 6 May 2014 16:52 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyən əvvəlki illərin məzunlarına "Abituriyentin imtahana buraxılış vərəqəsi"ni verməyə başlayıb.
TQDK əvvəlki illərin məzunlarına "Buraxılış vərəqəsi"ni verməyə başlayıb

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyən əvvəlki illərin məzunlarına "Abituriyentin imtahana buraxılış vərəqəsi"ni verməyə başlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, 2-ci və 3-cü ixtisas qrupları üzrə sənəd verən əvvəlki illərin məzunları "Abituriyentin imtahana buraxılış vərəqəsi"ni almaq üçün TQDK-nın saytındakı müvafiq sistemə daxil olmalıdırlar.

Əvvəlki illərin məzunları üçün II və III qruplar üzrə qəbul imtahanı mayın 11-də, I və IV qruplar üzrə mayın 18-də olacaq.

Qeyd edək ki, bu ildən başlayaraq əvvəlki və cari illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanları fərqli tarixlərdə keçiriləcək. Cari ilin məzunları üçün qəbul imtahanları iyul ayında baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti