...

Bu ildən Azərbaycanda rezidenturanı bitirən şəxslər 3 il ərzində təyinat aldıqları yerdə işləyəcəklər

Cəmiyyət Materials 26 May 2014 15:45 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq rezidentura səviyyəsini bitirmiş şəxslər bu ildən təyinatla işə qəbul ediləcəklər.
Bu ildən Azərbaycanda rezidenturanı bitirən şəxslər 3 il ərzində təyinat aldıqları yerdə işləyəcəklər

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ilk dəfə olaraq rezidentura səviyyəsini bitirmiş şəxslər bu ildən təyinatla işə qəbul ediləcəklər. Onlar təyinat aldıqları iş yerlərində 3 il ərzində məcburi şəkildə işləyəcəklər. Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib.

Onun sözlərinə görə, bu ildən Azərbaycanda tibb təhsili almış şəxslərin bir hissəsi üçün təyinat sistemi bərpa edilib. Artıq rezidentura səviyyəsini bitirən şəxlər təyinatla müxtəlif tibb müəssisələrinə işə göndəriləcəklər.

A.Qədirli deyib ki, respublikada həkim catışmazlığı əsasən rayonlardakı tibb müəssisələrindədir. Buna görə də rezidenturanı bitirmiş şəxslər əsasən rayonlardakı vakant iş yerlərinə göndəriləcəklər.

Qeyd edək ki, 2011-ci ildən Azərbaycan Tibb Universitetində məzunların təyinatla yerlərə göndərilməsi ləğv edilmişdi. Həmin vaxt təyinatın ləğvi tibb təhsilində rezidenturaya keçidlə əlaqələndirilmişdi. Bu qərardan sonra məzunlar Səhiyyə Nazirliyi tərəfindən elan edilmiş vakant yerlərə işə qəbul olmaq üçün mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqədə iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti