...

"AtaBank" və "Excelsior Hotel Baku"nun dəstəyi ilə Respublika Gününə həsr edilmiş breyn-rinq oyunu keçirilib

Cəmiyyət Materials 29 May 2014 18:14 (UTC +04:00)
28 may 2014-cü il tarixində “Excelsior Hotel Baku” hotelinin və “AtaBank” ASC-nin dəstəyi, Game.tv-nin təşkilatçılığı ilə “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşları arasında 28 May - Respublika Gününə həsr edilmiş breyn-rinq intellektual yarış keçirildi.
"AtaBank" və "Excelsior Hotel Baku"nun dəstəyi ilə Respublika Gününə həsr edilmiş breyn-rinq oyunu keçirilib

Azərbaycan, Bakı, 29 may /Trend/

28 may 2014-cü il tarixində "Excelsior Hotel Baku" hotelinin və "AtaBank" ASC-nin dəstəyi, Game.tv-nin təşkilatçılığı ilə "AtaHolding" Şirkətlər Qrupunun əməkdaşları arasında 28 May - Respublika Gününə həsr edilmiş breyn-rinq intellektual yarış keçirildi.

İntellektual oyunda "AtaHolding" ASC, "AtaKart", "First United", "AtaSığorta" ASC, "Excelsior Hotel Baku" və "VTB Bank Azərbaycan" ASC komandaları iştirak etdilər. Çox maraqlı yarışmanın gedişində oyunçular müxtəlif elm sahələrində, mədəniyyət, ədəbiyyat, Azərbaycan tarixi üzrə biliklərini nümayiş etdirdilər.

"AtaHolding" ASC İdarə Heyətinin sədr müavini Rəşad Rəsullu tədbirlə bağlı bildirdi: "AtaHolding ASC-nin daxili kommunikasiya planına əsasən keçirilən tədbir Şərqdə ilk cümhuriyyətin elan edilməsinin 96-ci ildönümünün qeyd edilməsinə həsr edilib. Məqsədimiz 28 May - Respublika Günü bayramını əməkdaşlarımızla birlikdə qeyd etmək, cümhuriyyət dəyərlərimizi onlara aşılamaq və asudə vaxtlarının səmərəli keçməsini təşkil etməkdir".

Breyn-rinq yarışmasında yüksək oyun nümayiş edən VTB Bank Azərbaycan komandası birinci yeri, "AtaKart" komandası ikinci yeri və "Excelsior Hotel Baku" komandası isə üçüncü yeri tutdu. Birinci yerin qalib komandasının üzvlərinə "AtaBank" ASC-dən balansında vəsait olan "Visa Maestro" kartları, ikinci yerin qaliblərinə "AtaHolding" ASC-dən hədiyyələr və üçüncü yerin qaliblərinə "AtaSığorta" ASC-dən səyahət sığortası sertifikatları təqdim edildi.

Qeyd edək ki, "AtaHolding" ASC sosial proqramlarda, xeyriyyəçilik tədbirlərində fəal iştirak edir, həmçinin ölkədə mədəniyyət və incəsənətin inkişafı, təhsilin səviyyəsinin yüksəldilməsi sahəsində layhələri dəstəkləyir. Bu gün "AtaHolding" ASC Korporativ Sosial Məsuliyyət sahəsində bir neçə uzunmüddətli sponsor layihələrini həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti