...

Ərdoğan: Türkiyə Manisa vilayətində mədəndə həlak olanların bütün borclarını bağışlayacaq

Cəmiyyət Materials 3 İyun 2014 14:09 (UTC +04:00)
Türkiyə Manisa vilayətində mədəndə partlayış zamanı həlak olan işçilərin bütün kredit borclarını ləğv edəcək.
Ərdoğan: Türkiyə Manisa vilayətində mədəndə həlak olanların bütün borclarını bağışlayacaq

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Manisa vilayətində mədəndə partlayış zamanı həlak olan işçilərin bütün kredit borclarını ləğv edəcək. Bu barədə Baş nazir Rəcəb Tayyib Ərdoğan bəyan edib. Trend-in məlumatına görə, xəbəri çərşənbə axşamı Türkiyənin "TRT Haber" telekanalı yayıb.

Baş nazirin sözlərinə görə, Türkiyə hökuməti həlak olanların ailələrinə əlavə maliyyə vəsaiti də ödəyəcək.

Bundan başqa, Ərdoğan bildirib ki, həlak olanların ailələrinə əlavə güzəştlər təqdim ediləcək.

Qeyd edək ki, mayın 13-də Türkiyənin Manisa vilayətinin Soma şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində 301 nəfər həlak olub, 486 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti