...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi din xadimlərini radikallıqla mübarizəyə çağırdı

Cəmiyyət Materials 6 İyun 2014 15:17 (UTC +04:00)
Azərbaycanda kənardan gəlib təfriqə toxumu səpən hər kəsə qarşı mübarizə aparmaq lazımdır. Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Salahlı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimlərinin təkmilləşdirmə kurslarının ilk məzunlarının buraxılış mərasimində deyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi din xadimlərini radikallıqla mübarizəyə çağırdı

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycanda kənardan gəlib təfriqə toxumu səpən hər kəsə qarşı mübarizə aparmaq lazımdır. Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Salahlı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimlərinin təkmilləşdirmə kurslarının ilk məzunlarının buraxılış mərasimində deyib.

Azərbaycanda ilk dəfədir belə bir tədbirin keçirildiyini deyən S.Salahlının fikrincə, kursun məzunu olmuş hər bir din xadimi seçilmiş şəxslərdir.

"Həyat mübarizədir", - deyən Komitə rəsmisi radikallara qarşı açıq şəkildə mübarizə aparmağa çağırıb: "Azərbaycanda kənardan gəlib təfriqə toxumu səpən hər kəsə qarşı mübarizə aparmaq lazımdır. Onlar sizin yerinizi tutmağa hazırlaşırlar. Öz mövqeyinizi qoruyun, təkcə din xadimi, axund, imam kimi yox, İslam elminin nümayəndələri, daşıyıcıları kimi mübarizə aparın. Yerinizi heç kəsə verməyin. Onların vətəndaş qarşıdurmasına gətirib çıxaran əməllərinin qarşısını almağa çalışın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti