...

Zakir Qaralov Gəncədə vətəndaşların qəbulunu keçirəcək

Cəmiyyət Materials 9 İyun 2014 10:41 (UTC +04:00)
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il iyunun 20-də saat 11:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən, Xocalı, Goranboy və Kəlbəcər rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.
Zakir Qaralov Gəncədə vətəndaşların qəbulunu keçirəcək

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il iyunun 20-də saat 11:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən, Xocalı, Goranboy və Kəlbəcər rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Gəncə şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti