...

11 min nəfərdən çox işsiz və işaxtaran vətəndaş işlə təmin edilib

Cəmiyyət Materials 10 İyun 2014 15:18 (UTC +04:00)
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən cari ilin yanvar-may ayları ərzində 11 010 nəfər işsiz və işaxtaran vətəndaş işlə təmin edilib.
11 min nəfərdən çox işsiz və işaxtaran vətəndaş işlə təmin edilib

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən cari ilin yanvar-may ayları ərzində 11 010 nəfər işsiz və işaxtaran vətəndaş işlə təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu dövrdə haqqı ödənilən ictimai işlərə cəlb olunanların sayı 493 nəfər təşkil edib.

Eyni zamanda, DMX-nin Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək birjaları tərəfindən cari ilin yanvar-may aylarında 1298 nəfərə müvəqqəti xarakterli iş yerlərinə göndəriş verilib. Əmək birjaları natamam iş günü və natamam iş həftəsi üzrə işləyənlərin boş vaxtları ərzində əlavə qazanc əldə etmələri üçün onların qısamüddətli işlərlə təmin olunmasına kömək göstərir. Bu məqsədlə əhalidən və ayrı-ayrı iş adamlarından müxtəlif növ işlərin görülməsinə dair sifarişlər qəbul edilərək müvəqqəti xarakterli işlər üçün müraciət edən vətəndaşlara təklif olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti