...

Azərbaycanda isti hava şəraiti davam edəcək

Cəmiyyət Materials 19 İyun 2014 12:54 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.
Azərbaycanda isti hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda isti hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, iyunun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında iyunun 20-də havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti