...

Fransanın "Ouest-France" qəzeti Heydər Əliyev Fondunun fəaliyyətindən yazır

Cəmiyyət Materials 25 İyun 2014 13:09 (UTC +04:00)
Fransanın “Ouest-France” qəzetində Heydər Əliyev Fondunun istər Azərbaycanda, istərsə də dünyanın başqa ölkələrində həyata keçirdiyi xeyirxahlıq missiyasından bəhs edən məqalə dərc olunub.
Fransanın "Ouest-France" qəzeti Heydər Əliyev Fondunun fəaliyyətindən yazır

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Fransanın "Ouest-France" qəzetində Heydər Əliyev Fondunun istər Azərbaycanda, istərsə də dünyanın başqa ölkələrində həyata keçirdiyi xeyirxahlıq missiyasından bəhs edən məqalə dərc olunub.

Trend Fondun saytına istinadən xəbər verir ki, məqalədə senator Natali Qulenin fikirlərinə istinad olunur. Müəllif yazır ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva doğma vətənində təhsilə və səhiyyəyə xüsusi qayğı göstərir, Fond tərəfindən yeni məktəb və xəstəxana binaları inşa edilir, bir çox xarici ölkələrdə xeyirxahlıq missiyası həyata keçirilir. Fondun Vatikan kitabxanasında kitabların kataloqunun tərtib edilməsində, Strasburqdakı ən qədim kafedralın freskasının təmirində yaxından iştirak etdiyi, Orn departamentində onlarla tarixi abidənin bərpasına yardım göstərdiyi də vurğulanır.

Məqalədə demokratik yolla gedən Azərbaycanın tolerant və dünyəvi ölkə olduğu, burada bir çox xalqların, o cümlədən yəhudilərin və xristianların ölkənin bərabərhüquqlu vətəndaşları kimi yaşadıqları bildirilir.

Qəzet yazır ki, Normandiya Regional İrs Fondunun məsul əməkdaşı Sandrin Hinault Orn departamentində Heydər Əliyev Fondunun yardımı ilə bərpa edilən beş kilsə haqqında sənədli film çəkəcək və bu film Fond tərəfindən xeyirxahlıq missiyasının yerinə yetirildiyi ölkələrdə nümayiş olunacaq.

http://www.ouest-france.fr/leglise-de-tournai-sur-dives-filmee-par-lunesco-2649378

Məqalədə:
Xəbər lenti

Xəbər lenti