...

Müdafiə Nazirliyinin mətbuat xidməti rəhbərinin rütbəsi artırıldı

Cəmiyyət Materials 25 İyun 2014 16:40 (UTC +04:00)
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə Silahlı Qüvvələrin bir qrup zabitinə növbəti rütbələr verilib.
Müdafiə Nazirliyinin mətbuat xidməti rəhbərinin rütbəsi artırıldı

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə Silahlı Qüvvələrin bir qrup zabitinə növbəti rütbələr verilib.

Trend xəbər verir ki, rütbəsi artırılan zabitlər arasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vagif Dərgahlı da var. Belə ki, nazirin əmri ilə ona polkovnik rütbəsi verilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri V.Dərgahlı bundan əvvəl polkovnik-leytenant rütbəsində idi.

Faktı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri V.Dərgahlının özü də təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti